Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq. Qadınların 52 kiloqram çəki dərəcəsində Gültac Məmmədəliyeva, kişilərin 66 kiloqram çəki dərəcəsində isə Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev mübarizəyə qoşulacaqlar. Məmmədəliyeva 1/16 finalda israilli Gültac Məmmədəliyeva ilə qarşılaşacaq. Bayramov və İmranov isə təsnifat mərhələsində müvafiq olaraq finlandiyalı Lukas Saha və gürcüstanlı Vaja Marqvelaşvili ilə üz-üzə gələcəklər. Paşayev isə 1/16 finalda Türkmənistan təmsilçisi Serdar Rahimov ilə İspaniya cüdoçusu Adrian Nieto Çinarro arasındakı görüşün qalibi ilə qarşılaşacaq. Yarışın ilkin mərhələləri saat 10:00-da, final bloku isə 18:00-da başlayacaq. Qeyd edək ki, çempionat oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində dünya çempionu olub.
Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan
