Bu gün Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın 4 cüdoçusu tatami üzərinə çıxacaq. Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində yığmanın yeni üzvü Anna Zaytseva 1/16 finalda Çin Taypeyindən Pey Çun Yuan və Macarıstandan Anna Kriza ilə qarşılaşacaq.

Kişilər arasında isə 81 kiloqram çəki dərəcəsində üç cüdoçumuz mübarizə aparacaq. Vüsal Qələndərzadə təsnifat mərhələsində bolqarıstanlı Hristo Valkovla üz-üzə gələcək. Zelim Tçkayev və Ömər Rəcəbli isə 1/16 finalda müvafiq olaraq Cənubi Afrikadan Timoti Meuvsen və Moldovadan Viktor Sterpu ilə, həmçinin İran İslam Respublikasından Sibqatullah Arab və Malidən Mahamadu Dukara ilə qarşılaşacaqlar.

Hal-hazırda Azərbaycan cüdo millisinin aktivində 2 medal mövcuddur: 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov qızıl, 73 kiloqramda isə Rəşid Məmmədəliyev bürünc medal qazanıb. Çempionat oktyabrın 11-də başa çatacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir