Oktyabrın 8-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının 5-ci günündə Azərbaycan milli komandası 4 cüdoçu ilə təmsil olunub. Qadınların 70 kq çəki dərəcəsində Sədabə Ağayeva 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustantla qarşılaşıb. Kişilərin 90 kq çəki dərəcəsində isə Elcan Hacıyev ABŞ-dan olan Aleksander Knaufu, Süleyman Şükürov norveçli Kornelius Eylertseni, Murad Fətiyev isə 1/6 finalda Belarus təmsilçisi Yahor Varapayev ilə mübarizə aparıb.

Çempionatın əvvəlki günlərində Azərbaycan komandası uğurlu nəticələr əldə edib. Oktyabrın 4-də Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Oktyabrın 5-də isə Zelim Tçkayev (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıb.

Çempionat oktyabrın 11-də qarışıq komanda yarışları ilə yekunlaşacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir