Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdəki iclasında çıxış edərək, ölkəsinin 2027-ci ildə Birliyə həmsədrlik etmə qərarına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı, bu addımın ölkəmizə olan yüksək etimadın göstəricisi olduğunu və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduqlarını vurğulayıb.

Prezident Əliyev, həmçinin, Azərbaycanın 2028-ci ildə MDB-yə tam sədrlik etməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazır olduğunu bəyan edib.

Bu qərar, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq MDB-yə sədrlik etməsi ilə nəticələnəcək. Əvvəlki illərdə Ermənistan–Azərbaycan münaqişəsi, ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri olub.

Azərbaycanın MDB-də sədrlik etməsi, həmçinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi təşkilatlarda da sədrlik funksiyalarını həyata keçirməsinə imkan yaradacaq.

Əlavə olaraq, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçəcək və təşkilatın Zirvə görüşü ölkəmizdə keçiriləcək. 2028-ci ildə isə Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir