İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində görüşüblər.
Görüşdə tərəflər enerji, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində ikitərəfli iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Rusiya Prezidenti Putin, Yaxın Şərqdəki mövcud vəziyyəti “kritik və kəskin” adlandıraraq, Moskvanın İranın bu vəziyyəti idarə etməsinə tam dəstək verdiyini vurğulayıb.
Həmçinin, tərəflər birgə layihələrin yekunlaşdırılması və tamamlanması prosesinin sürətləndirilməsinin vacibliyini qeyd edərək, hər iki ölkənin milli mənafeləri və regional sabitlik naminə hərtərəfli əməkdaşlığın miqyasını genişləndirmək əzmində olduqlarını vurğulayıblar.
