Oktyabrın 12-də, Bolqarıstandan İtaliyaya gedən Malta bayraqlı, 107 metr uzunluğunda kimyəvi maddə gəmisi “İVYAN”ın mühərrikində yaranan nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmiçilik müvəqqəti olaraq dayandırılıb.
Hadisə yerli vaxtla saat 19:10 radələrində baş verib. Tanker, Kanlıca sahilləri yaxınlığında hərəkətini itirərək sahildən bir neçə metr aralıda dayanıb.
Sahil Mühafizəsinin katerləri və bir neçə yedək gəmisi xilasetmə əməliyyatını həyata keçirmək üçün hadisə yerinə göndərilib. Hazırda Bosfor boğazında gəmi hərəkətinin nə vaxt bərpa olunacağı barədə məlumat yoxdur.
