Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı Prezident İlham Əliyev ilə təkbətək görüş keçirilib. Görüşün detalları barədə məlumat verilmir.
Laos Prezidentinin Bakıya gəlişi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi qarşılanma mərasimi təşkil edilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda fəxri qarovul dəstəsi düzülüb. Ali qonağı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Görüşün yekunları və əldə olunan razılaşmalar barədə əlavə məlumatlar hələ açıqlanmayıb.
