Azərbaycanlı aktyor və aparıcı Şəhriyar Əbilov, Yaponiyanın məşhur “VIVANT” serialının yeni mövsümündə “Qafqaz agenti” obrazını canlandırıb. Serialın çəkilişləri Tokiodan başlayaraq müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirilib. Ekran işinin bəzi səhnələri İçərişəhər və Şəkidə lentə alınıb.
“VIVANT” serialının ilk mövsümü yüksək izlənmə göstəriciləri ilə yadda qalıb və dünyanın müxtəlif ölkələrində geniş auditoriya qazanıb.
Şəhriyar Əbilovun serialda rol alması Azərbaycan kinosu və aktyorları üçün beynəlxalq arenada diqqətçəkən addımlardan biridir.
Serialın ikinci mövsümündə Şəhriyar Əbilovun iştirakı Azərbaycan aktyorlarının beynəlxalq layihələrdə daha fəal iştirakını göstərir.
