Tacikistan Prezidenti Emoməli Rəhmon, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfər edib. Heydər Əliyev Beynəlxalq Aeroportunda onu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Emoməli Rəhmonu xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər müşayiət edirlər. AQEM-in VII sammiti oktyabrın 15-də Bakıda keçiriləcək.

Qeyd edək ki, AQEM təşkilatı Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinin təşviqi məqsədilə fəaliyyət göstərir və üzv dövlətlərin əməkdaşlığını gücləndirməyə çalışır.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir