Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
Oktyabrın 14-də Azərbaycanın sədrliyi ilə AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib. İclasda 15 oktyabrda keçiriləcək Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib. Azərbaycanın son iki ildəki sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyətlər, AQEM üzv dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətləri və təşkilati məsələlər müzakirə olunub.
Prezident İlham Əliyevin adından oktyabrın 14-də AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. Tədbirdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva iştirak ediblər.
Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, İsrail, Laos, Kamboca, Vyetnam, Türkiyə, Çin, Rusiya, Hindistan, İran, BƏƏ, Fələstin, Şri-Lanka və Belarus nümayəndələri yer alır.
Rəsmi mənbələr:
- Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
- İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
