Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə oktyabrın 17-də səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. İdarəetməni itirən “Toyota” markalı minik avtomobili aşıb. Nəticədə sürücü 1986-cı il təvəllüdlü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər. Avtomobildə olan digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətlərinin daha da ağırlaşması səbəbindən Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə sürücülərə diqqətli və məsuliyyətli olmaları tövsiyə olunur.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir