Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qida zəhərlənməsi hadisəsi baş verib. İlkin məlumatlara görə, 88 nəfər xəstəxanaya müraciət edib, onlardan 77-si şagird, 11-i isə mülki şəxsdir. 55 nəfər ambulator müalicə alıb, 33 nəfər isə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalara əsasən, zərərçəkənlərin bir hissəsi Kayabağlar məhəlləsində fəaliyyət göstərən bir müəssisədən toyuq lavaşı istehlak edib. Məlum olub ki, bu lavaşların bəziləri məktəb yeməkxanasından qablaşdırılıb, digərləri isə birbaşa müəssisədən alınıb.
Hadisənin səbəbini müəyyən etmək məqsədilə nümunələr götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və zərərçəkənlərin müalicəsi davam etdirilir.
