Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ müdaxiləsi ilə qısa müddətdə məhdudlaşdırılıb və tam söndürülüb.

Hadisə barədə məlumat FHN-in “112” qaynar telefon xəttinə daxil olub. Əraziyə dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı alınıb və yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilməyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN hadisə ilə bağlı əlavə məlumat verəcəyini bildirib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir