ABŞ Dövlət katibi Marko Rubio oktyabrın 18-də axşam saatlarında Özbəkistana rəsmi səfərə gəlib. Səmərqənd beynəlxalq hava limanında onu Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyar Saidov və digər rəsmi şəxslər qarşılayıblar. bizim.media
Səfər çərçivəsində oktyabrın 19-da Səmərqənddə ABŞ–Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclası keçiriləcək. Həmçinin, ABŞ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin “C5+1” formatında növbəti görüşü planlaşdırılır. bizim.media
Dövlət katibi Rubio ilə birlikdə 200-dən çox ABŞ şirkətinin nümayəndəsi də səfərdə iştirak edir. Bu səfərin ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinin möhkəmləndirilməsində yeni bir dövrün başlanğıcına töhfə verəcəyi gözlənilir.
C5+1 formatı ABŞ ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında kollektiv əməkdaşlıq mexanizmidir. Bu format 2015-ci ildən fəaliyyət göstərir və regional əməkdaşlığın inkişafına xidmət edir.
