Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi – sülhün və etimadın işıqlı yoludur” adlı kitabının Azərbaycan dilinə tərcümə edilmiş nəşrinin təqdimat mərasimi 21 oktyabr 2026-cı il tarixində Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib. turkic.world

Tədbirdə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, kitabın Azərbaycan dilində nəşrinin Türkmənistanın daimi tərəfsizlik siyasətinin mahiyyətini və beynəlxalq əhəmiyyətini Azərbaycan oxucularına çatdırmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. turkic.world

Səfir, Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və 1995-2026-cı illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində qoşulduğunu qeyd edib. turkic.world

Azərbaycanın Türkmənistanın BMT çərçivəsində irəli sürdüyü sülh və əməkdaşlıq yönümlü təşəbbüsləri dəstəklədiyini bildirən səfir, xüsusilə 2026-cı ildə Türkmənistanın əsas müəllifliyi ilə irəli sürülən “Beynəlxalq sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın qorunmasında və gücləndirilməsində tərəfsizlik siyasətinin rolu və əhəmiyyəti” adlı qətnaməyə həmmüəllif qismində qoşulmasının əhəmiyyətini vurğulayıb. turkic.world

Türkmənistanın daimi tərəfsizlik siyasətinin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edən səfir, bu siyasətin Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini bildirib. turkic.world


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir