Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarını qəbul edib. Görüşdə Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamları dövlətimizin başçısına çatdırılıb. Cayşankar, Baş nazir Modi ilə Bişkekdə keçirilən görüşü xatırlayaraq, ölkəmizə səfərini onun tapşırığı ilə həyata keçirdiyini bildirib. Prezident Əliyev salamlar üçün minnətdarlığını bildirərək, öz salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı, Hindistanın Baş naziri Modi ilə Bişkekdə keçirilən görüşü və həmin görüşdə aparılan fikir mübadiləsini məmnunluqla xatırlayıb. O, Hindistanın xarici işlər nazirinin səfərini ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi baxımından yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir