Oktyabrın 22-si axşam saat 21:00 radələrində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs və Anaqut kəndlərində intensiv yağışlar nəticəsində sel hadisəsi baş verib.

Sel nəticəsində təxminən 15 evin ətrafındakı təsərrüfat sahələrinə ziyan dəyib, bəzi yerlərdə hasarlar uçub. Bəzi təsərrüfatlarda 5-6 baş heyvanın tələf olduğu bildirilir.

Hadisədən dərhal sonra aidiyyəti qurumlar tərəfindən əraziyə texnikalar cəlb olunub. Selin dayanmasından sonra yollara yığılan qum və çınqılın təmizlənməsi, məhəllələrə gedən yolların açılması istiqamətində işlər görülüb. Qaz və elektrik təchizatı infrastrukturuna ziyan dəyməyib. Bir neçə ərazidə rabitə xətlərində yaranan problemlər də aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır.

Hazırda ərazidə fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir