Oktyabrın 24-də Bakıda 15 yaşadək futbolçular arasında FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış mərasimi keçirilib. Tədbir Bakı Kristal Zalında təşkil olunub və FIFA prezidenti Canni İnfantino ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf iştirak ediblər. İnfantino, AFFA rəhbərliyinin səmimi qarşılamasından məmnun olduğunu bildirib və turnirin iştirakçılarına uğurlar arzulayıb.
Bu çempionat tarixdə ilk dəfə təşkil olunur və 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. Turnirin açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları Bakı Kristal Zalında baş tutacaq. Yarışın oyunları isə Hövsan Yarış Kompleksində təşkil olunacaq.
Azərbaycan yığması Famil Xəlilovun başçılıq etdiyi U-16 komandası ilə təmsil olunacaq. Komanda “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, turnir oktyabrın 30-dək davam edəcək və dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.
