Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikini qəbul edib.
Görüşdə ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Salim bin Məhəmməd əl-Maliki, Azərbaycanda keçirilən VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, dövlət başçısının Forumdakı çıxışının böyük maraqla qarşılandığını vurğulayıb. Xüsusilə, münaqişələrin davam etdiyi bir dövrdə Azərbaycanın müharibələrin dayandırılması ilə bağlı təcrübəsinin əhəmiyyətini qeyd edib. Həmçinin, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin fikirlərinin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq kəsb etdiyini bildirib.
Baş direktor, ICESCO-nun fəaliyyətinə göstərilən davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Bu kontekstdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib və onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Dövlətimizin başçısı, Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində daim səylər göstərdiyini qeyd edib. Gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrliyi həyata keçirəcəyini diqqətə çatdırıb. O, ölkəmizin bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəsmi mənbələr:
