Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğursuz nəticə göstərib. 59 kq çəki dərəcəsində Ruzanna Məmmədova, 65 kq-da Rəşid Babazadə və 97 kq-da Maqomedxan Maqomedov mübarizəni erkən mərhələlərdə dayandırıblar.
Ruzanna Məmmədova 1/8 finalda Çin təmsilçisi Menqyu Xie ilə qarşılaşıb və məğlub olub. Rəşid Babazadə 1/16 finalda Qırğızıstan idmançısı Taiyrbek Zumaşbek Uuluya uduzub. Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreynli idmançı Axmed Maqomed Tajudinova məğlubiyyətlə üzləşib.
Qeyd etmək lazımdır ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıblar.
