Xankəndi şəhərində oktyabrın 29-da Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi Konqres Mərkəzində baş tutur.
İclasın əsas məqsədi MDB-yə üzv dövlətlərin rəqabət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqabət qanunvericiliyinin tətbiqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və rəqabətin qorunması istiqamətində birgə fəaliyyətin gücləndirilməsidir. Tədbirdə rəqabət qanunvericiliyinin tətbiqi, müasir bazar çağırışları və MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur.
İclasa MDB-yə üzv dövlətlərin müvafiq sahə üzrə nazirləri və qurum rəhbərlərinin iştirakı nəzərdə tutulub.
Rəsmi mənbələr:
