Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov 73 kq çəki dərəcəsində bürünc medal qazanıb. Heydərov ardıcıl olaraq Rumıniya təmsilçisi Lusian Borş Dumitresku, Belçika idmançısı Əbdül Malik Umayev və Kosovo təmsilçisi Akil Qyakovaya qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Tacikistan təmsilçisi Məsudi Əhmədzodaya məğlub olan Heydərov, üçüncü yer uğrunda görüşdə Böyük Britaniyanı təmsil edən İrakli Qoqinaşvilini məğlub edərək bürünc medala sahib olub. Bu nəticə ilə Azərbaycan millisi turnirdə ümumilikdə 4 medal qazanıb; daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə etmişdi.
Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan
