Oktyabrın 24-dən 30-dək Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı başa çatıb. Bu tədbirdə 189 komanda iştirak edib və ümumilikdə 932 oyun keçirilib. Final mərhələsində İspaniya millisi Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edərək çempion olub.
Turnirin əsas finalı Bakı Kristal Zalında təşkil olunub və oyunu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.
Bu çempionat FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.
İspaniya millisi bu qələbə ilə tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalının qalibi olub.
