Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları uğurlu çıxışlarını davam etdirirlər.
Oktyabrın 29-da başlayan turnirdə Azərbaycanı 12 cüdoçu təmsil edir. İlk yarış günündə kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə aparılıb. idman.biz
60 kq çəki dərəcəsində Balabəy Ağayev mübarizəyə ikinci mərhələdən başlayıb. 66 kq-da Ruslan Paşayev və Rəşad Yelkiyev ilk görüşlərini keçiriblər. Qadınlar arasında isə Könül Əliyeva 48 kq çəki dərəcəsində mübarizəyə başlayıb. idman.biz
Azərbaycan cüdoçuları turnirin ilk günündə əla nəticələr əldə ediblər. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl medal qazanıblar. Rəşad Yelkiyev (66 kq) isə bürünc medala sahib olub.
Turnirin son günündə Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayacaqlar. Qadınların yarışında isə Mədinə Kaisinova (+78 kq) Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq. idman.biz
Qeyd edək ki, turnirdə qalib gələn idmançılar Beynəlxalq Cüdo Federasiyasının dünya reytinqində 1000 xal qazanacaqlar. Gümüş medalçılara 700, bürünc mükafatçılara isə 500 xal veriləcək. idman.biz
