Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında oktyabrın 31-də kütləvi qida zəhərlənməsi hadisəsi baş verib. Hadisə zamanı təxminən 34 nəfər əlilliyi olan şəxsin iştirakı ilə keçirilən tədbirdə iştirakçılardan 14-ü qidadan zəhərləndiyini bildirərək tibbi yardım istəyib. Onlardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən xəstəxanaya yerləşdirilib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. baku.tv

Hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dərhal araşdırmalara başlayıb. İlkin yoxlamalar zamanı restoranın sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə göndərilib və araşdırmalar davam etdirilir.

Restoranın inzibatçısı hadisə ilə bağlı açıqlamasında bildirib ki, həmin gün ümumilikdə 300 nəfərə xidmət göstərilib və zəhərlənmə iddiaları ilə çıxış edən 34 nəfərdən başqa heç kim səhhətində problem yarandığını bildirməyib. O, həmçinin müşahidə kameralarının görüntülərində həmin şəxslərin “10 min manat almasaq, sizi buraxmarıq” məzmununda ifadələr işlətdiklərini qeyd edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir və nəticələr barədə əlavə məlumat veriləcək. baku.tv


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir