Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə ilə bağlı dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kvadratmetr sahədə dağılıb və iki nəfər xəsarət alıb. Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan
