Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün təşkilatın nizamnaməsinə əsasən səsvermə hüququndan və məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilib.
Bu qərar, KTMT-nin Moskvada keçirilən sammitində qəbul edilib.
Qeyd etmək lazımdır ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənilməsini dayandırıb.
Lakin təşkilatın nizamnaməsində üzvlüyün dondurulması proseduru nəzərdə tutulmadığı üçün Ermənistan rəsmi olaraq KTMT-nin üzvü olaraq qalır.
