Samux şəhərində avtoyuma məntəqəsinin daxilində “HOWO” markalı yük avtomobilinin təkərində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin arxa təkərləri yanıb, digər hissələri isə yanğından qorunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsinin qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.
