Azərbaycanın tanınmış bəstəkarı və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyev 10 noyabr 2026-cı ildə Almaniyanın Fulda şəhərində 82 yaşında vəfat edib.

1944-cü ildə Bakıda anadan olan Arif Mirzəyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil almışdır. Uzun müddət Moskvada yaşamış, daha sonra Almaniyaya köçərək orada yaradıcı fəaliyyətini davam etdirmişdir. Alman və rusiyalı həmkarları tərəfindən “Şərqin İohann Sebastyan Baxı” adlandırılan sənətkar, “İohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülmüşdür.

Arif Mirzəyev, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasını özünəməxsus şəkildə sintez edərək zəngin yaradıcılıq irsi formalaşdırmışdır. O, həmçinin Robin Lenqli adına Orqan kitabxanasının donatorlarından biri olmuşdur.

2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Arif Mirzəyev, 2024-cü ildə 80 illik yubileyi və əvəzolunmaz xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işlər görür. Dövlət Komitəsi Arif Mirzəyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir