Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Hadisə noyabrın 13-ü saat 23 radələrində qeydə alınıb. Qəza zamanı “Opel” markalı avtomobilin sürücüsü Seymur İsmayılov və iki sərnişi hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişi ilə yanaşı, “VAZ-2104” markalı avtomobilin sürücüsü Mustafa Musayev və onun qızı Rəmziyə Mustafayeva da xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir