Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və regional məsələlər müzakirə olunub.

Prezident Əliyev, Mullinin bu ilin yanvarında senator kimi Azərbaycana səfərini və yeni vəzifəsinə təyin olunmasını məmnunluqla xatırlayıb. Dövlət başçısı, 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O, xüsusilə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri və bu çərçivədə imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın ikitərəfli əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Markveyn Mullin, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunan nailiyyətlərə görə Prezident Əliyevi təbrik edib və bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu vurğulayıb. O, həmçinin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb və müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaratdığı qeyd olunub.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir