Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin uzun illər ərzində inkişaf etdiyi vurğulanıb. Dövlət başçısı gələn il Monteneqro Prezidentinin Azərbaycana rəsmi səfər edəcəyini bildirib və bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Baş nazir Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə edilmiş nailiyyətlərə görə Prezident Əliyevə təbriklərini çatdırıb. Təbriklərə görə təşəkkürünü bildirən Prezident Əliyev Azərbaycanın regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətindəki səylərini davam etdirəcəyini qeyd edib.

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilib. Spayiç Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını və bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib. Həmçinin, qarşılıqlı turist axınına toxunaraq, azərbaycanlı turistlərin Monteneqroda, monteneqrolu turistlərin isə Azərbaycanda özlərini rahat hiss etdikləri qeyd edilib.

Söhbət zamanı infrastruktur layihələri, enerji təchizatı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Görüşün sonunda Spayiç Prezident Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir