İsmayıllı rayonunun Topçu kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücüsünün idarəetməsindən çıxaraq yolun kənarında dayanmış traktora çırpılıb. Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb, minik avtomobili isə yararsız vəziyyətə düşüb. Xəsarət alan şəxslər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı əlavə məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.
