Loading Now

Bu gündən ölkədə elektron siqaretlər qadağan edilir

Azərbaycanda 1 aprel 2026-cı ildən etibarən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və istifadəsi qadağan edilib. Bu dəyişikliklər Prezident İlham Əliyevin “Tütün və tütün məmulatı haqqında” qanuna etdiyi əlavələrlə təsdiqlənib.

Qanuna əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı kateqoriyasına daxil edilir. Bu məhsulların idxalı, istehsalı, satışı və istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq olunur.

Qeyd etmək lazımdır ki, qızdırılan tütün məmulatları, məsələn, IQOS cihazları, bu qadağaya daxil edilmir. Çünki onlar elektron siqaretlərdən fərqli texnologiya ilə işləyir və tütün məmulatı anlayışına daxil edilmir.

Qadağanın pozulması ilə bağlı cərimələr müəyyən edilib:

  • Fiziki şəxslər üçün: 350–500 manat
  • Vəzifəli şəxslər üçün: 1650–2200 manat
  • Hüquqi şəxslər üçün: 4000–5000 manat
  • İctimai yerlərdə istifadəyə görə: 30 manat

Bu tədbirlər ölkədə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması və ictimai sağlamlığın qorunması məqsədini güdür.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment