Türk Dünyası arxeoloqları İrsin rəqəmsal bazasını yaradır
Türk Dünyası Arxeoloji Tədqiqat İnstitutları və Mərkəzləri Birliyinin (ARICA) üçüncü iclası 2026-cı ilin avqust ayında Macarıstanın Buqats şəhərində keçirilib. Bu görüşdə iştirakçılar arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması və birgə tədqiqatların intensivləşdirilməsi barədə razılığa gəliblər.
Yeni yaradılacaq rəqəmsal platforma vasitəsilə Böyük İpək Yolu obyektləri və erkən dövr türk abidələri üzrə birgə ekspedisiyalar və qazıntılar aparılması planlaşdırılır. Həmçinin, türk ölkələrinin arxeoloji abidələrinin məkanı, tarixi, tədqiqat nəticələri və elmi nəşrləri barədə məlumatları özündə əks etdirən elektron atlasın hazırlanması nəzərdə tutulur.
İclasın yekununda iştirakçılar birgə arxeoloji layihələrin praktiki icrasına keçid və türk dünyasının vahid rəqəmsal elmi məkanının yaradılması barədə qətnamə qəbul ediblər.





Post Comment