Hindistan’da sel felaketi: Ölü sayısı 62’ye yükseldi
Hindistanın Uttar Pradeş əyalətində üç gündür davam edən şiddətli yağışlar nəticəsində baş verən sel fəlakətində həyatını itirənlərin sayı 62-yə yüksəlib. 46 nəfər yaralanıb və 1000-dən çox ev zərər görüb. Bəzi məktəblərdə təhsilə ara verilib. Rəsmi şəxslər, vətəndaşları selin təsir etdiyi ərazilərdə zəruri olmayan səfərlərdən çəkinməyə çağırıblar.
Ölkənin şərqində yerləşən Odisha əyalətində də şiddətli yağışlar nəticəsində sel baş verib. 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Hindistanın şimalında yerləşən Uttar Pradeş əyalətində son üç gündə davam edən şiddətli yağışlar nəticəsində ən azı 81 nəfər həyatını itirib, 62 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, 25 və 26 sentyabr tarixlərində 56 ölüm qeydə alınıb, 27 sentyabrda isə əlavə 25 ölüm bildirilib.
Hindistan Meteorologiya Departamenti, əyalətin şərq və qərb bölgələrində göy gurultulu fırtına və yağışların davam edəcəyini açıqlayıb. Ən çox zərər görən bölgələrdə yardım əməliyyatları davam etdirilir.





Post Comment