Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda veteran güləşçilər arasında dünya çempionatı keçirilib. Bu yarışda Azərbaycan təmsilçiləri üç gümüş medal qazanıblar.
Yunan-Roma güləşində 70 kiloqram çəki dərəcəsində Fikrət Bağırov, 100 kiloqramda isə Elgiz Məmmədov gümüş medala layiq görülüblər. Sərbəst güləşdə isə 70 kiloqramda Elçin Həsənov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Çempionatda Azərbaycanı dörd hakim təmsil edib. Beynəlxalq dərəcəli hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi fəaliyyət göstərib. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə orta hakim funksiyasını yerinə yetiriblər. Onlar həmçinin beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda iştirak ediblər. İmtahanın nəticələri ilin sonunadək açıqlanacaq.
