Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq daha da dərinləşir. Oktyabrın 21-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfər edib. Səfər çərçivəsində “İtaliya–Azərbaycan: İqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi” mövzusunda forum keçirilib. Forumda İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani, şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliya Sənaye Konfederasiyasının prezidenti Emanuele Orsini və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir zamanı Azərbaycan və İtaliya arasında sənaye tərəfdaşlığının genişləndirilməsi, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsi məsələləri müzakirə edilib. Bu əməkdaşlıq emal imkanlarının inkişafı və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə təşəbbüslərə yeni imkanlar açır.
Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Holdinqi, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Baku Steel Company” QSC, “PAŞA Holdinq” MMC, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin nümayəndələri də iştirak ediblər.
Bu əməkdaşlıq, iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına xidmət edəcək.
Rəsmi mənbələr:
