Ermənistanın Baş naziri Nikol Paşinyan, 9-20 noyabr 2026 tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) ilə bağlı planlarını açıqlayıb. O, jurnalistlərə verdiyi açıqlamada, “Bəli, COP-da iştirak etmək üçün Antalyaya getmək planlarım var”, – deyə bildirib. auroranews.am

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sentyabr ayında Nyu-Yorkda keçirilən görüşdə Paşinyanı COP31-də iştirak etməyə dəvət etmişdi.

Konfransın əsas məqsədi qlobal iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması, istixana qazlarının emissiyalarının azaldılması, iqlim maliyyələşməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi məsələləri müzakirə etməkdir.

Paşinyanın bu səfəri, Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən danışıqların fonunda baş verir.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir