Loading Now

Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır-stabildir

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski 9 sentyabr 2026-cı il tarixində 78 yaşında vəfat edib.

Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən etibarən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. Bu teatrda aktyor, rejissor assistenti, quruluşçu rejissor və 1993-cü ildən baş rejissor vəzifələrində fəaliyyət göstərib.

Sənətkar teatr səhnəsində 50-dən çox obraz yaradıb və 50-dən artıq tamaşaya quruluş verib. O, həmçinin “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980), “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) filmlərində çəkilib.

Aleksandr Şarovski Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə 1987-ci ildə “Əməkdar artist”, 1998-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. O, “Şöhrət” (2008) və “Şərəf” (2018) ordenləri ilə təltif edilib.

Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment