Loading Now

Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd təsdiqlənib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 11 sentyabr 2026-cı il tarixində keçirilən konfransında Xalq artisti Şəfiqə Məmmədova sədr seçilib. Ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konfransında namizədliyini irəli sürməyib. Beləliklə, Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

Yeni sədr bu vəzifənin onun üçün ağır məsuliyyət olduğunu və ittifaq daxilində bir çox çətinliklər və problemlərin olduğunu qeyd edib. Lakin bütün bu çətinliklərə baxmayaraq, ittifaqın yeni layihə və proqramların icrasına davam edəcəyini bildirib.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Rasim Balayev 2026-cı ilin mart ayında vəfat edib. Mayın 26-da keçirilən seçki konfransında yetərsay olmadığından nəticə qeydə alınmayıb. Hazırda sədr səlahiyyətlərini Şəfiqə Məmmədova icra edirdi.

Mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment