Meksikada pirotexniki vasitələr partlayıb: 9 ölü,24 yaralı
Meksikanın Temaskalsinqo şəhərində keçirilən dini bayram zamanı pirotexniki vasitələrin partlaması nəticəsində ən azı 10 nəfər ölüb, 64 nəfər yaralanıb.
Hadisə, Santa María Canchesdá kilsəsinin yaxınlığında baş verib. Şahidlərin dediklərinə görə, bayram mərasimləri zamanı yandırılan saman buğası (torito) yaxınlıqdakı kilsənin yanında saxlanılan pirotexniki materialları alovlandırıb. Bu partlayış nəticəsində kilsənin divarları və yaxınlıqdakı strukturlar dağılıb, bir çox insan dağıntılar altında qalıb.
Yaralılar arasında iki rahibin də olduğu bildirilir. Hadisə yerinə təcili yardım və xilasedicilər cəlb edilib, dağıntılar altında qalanları xilas etmək üçün əməliyyatlar aparılıb.
Meksika Dövlətinin Baş Prokurorluğu partlayışın səbəbini araşdırmaq üçün istintaq başladıb. Pirotexniki materialların saxlanılması və istifadəsi ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi yenidən gündəmə gəlib.





Post Comment