# Christopher Nolanın “The Odyssey” filmi böyük maraqla qarşılanır

Məşhur rejissor Christopher Nolanın Homer dastanından ekranlaşdırdığı **“The Odyssey”** filmi artıq kinoteatrlardadır.

Film İthaka kralı Odisseyin Troya müharibəsindən sonra vətəninə qayıtmaq üçün başladığı təhlükəli və uzun səyahətdən bəhs edir. Yol boyunca Odissey və silahdaşları dənizin sərt şərtləri ilə yanaşı, müxtəlif təhlükələr və mifoloji varlıqlarla da qarşılaşırlar.

Filmdə **Matt Damon** Odissey obrazını canlandırır. Ekran işinin aktyor heyətində **Tom Holland, Anne Hathaway, Robert Pattinson, Lupita Nyong’o, Zendaya və Charlize Theron** da yer alır.

“The Odyssey” Nolanın indiyədək ən böyük miqyaslı layihələrindən biri olmaqla yanaşı, **tamamilə IMAX kameraları ilə çəkilən ilk film** kimi də diqqət çəkir. Rejissor qədim yunan dastanını genişmiqyaslı vizual səhnələrlə yeni nəsil IMAX texnologiyasından istifadə edərək ekranlaşdırıb.

Filmin müddəti **2 saat 52 dəqiqədir** və dünya üzrə kinoteatrlarda **17 iyul 2026-cı ildən** nümayiş olunur.

**Janr:** Macəra, döyüş, fantastika
**Rejissor:** Christopher Nolan
**Baş rollarda:** Matt Damon, Tom Holland, Anne Hathaway, Robert Pattinson, Zendaya


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir