Tərtərdə istixanada silahlı insident: briqadir ayaqlarından güllələnib

Tərtər rayonunun İrəvanlı kəndində silahlı insident baş verib. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.

Hadisənin istixana ərazisində baş verdiyi bildirilir. Məlumata görə, Laçın rayonundan olan Məzahir Yusifov bir müddət Şəmkir rayonunda yaşayıb. Daha sonra işləmək üçün Tərtərə gəlib və yerli istixanalardan birində fəaliyyətə başlayıb.

İddiaya görə, Yusifov hadisədən bir neçə gün əvvəl istixanada briqadir təyin olunub. Onun vəzifələri arasında günəmuzd çalışan işçilərin əməkhaqlarının hesablanması və ödənilməsi də olub.

İnsidentə səbəb əməkhaqqı ilə bağlı yaranan mübahisə olub. Belə ki, istixanada fəhlə işləyən 2005-ci il təvəllüdlü Hüsən Mirzəzadə aldığı gündəlik ödənişlə bağlı narazılığını bildirib.

Məlumata əsasən, tərəflər arasında yaranan narazılıq sonrakı gün də davam edib. İddiaya görə, Hüsən Mirzəzadəyə yenidən az məbləğdə ödəniş edilməsi və işdən çıxarılacağı bildirilib.

Bundan sonra Hüsən Mirzəzadənin evə gedərək ov tüfəngi götürdüyü və istixanaya qayıtdığı bildirilir. O, Məzahir Yusifovu çağıraraq həyətə çıxarıb və atəş açıb. Nəticədə Yusifov hər iki ayağından xəsarət alıb.

Hadisədən sonra şübhəli şəxsin ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində isə saxlanıldığı bildirilir.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin hüquqi qiyməti istintaqın nəticələrinə uyğun müəyyənləşdiriləcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir