Azərbaycanda “Cisco” Akademiyası yaradıla bilər
Azərbaycanda rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə “Cisco” şirkətinin nümayəndəsi ilə görüş keçirilib.
Görüşdə həmçinin telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzlərinin və “Hökumət Buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Tərəflər birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, “Cisco” Akademiyasının yaradılması və regional mərkəzin qurulması imkanlarını da nəzərdən keçiriblər.
Bu təşəbbüslər nəticəsində rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması və ölkənin rəqəmsal inkişafının sürətləndirilməsi hədəflənir.





Post Comment