Canni İnfantino Hövsandakı futbol bazasını təftiş edib
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan qəsəbəsində inşa olunan yeni futbol kompleksini ziyarət edib. Bu kompleksdə 10 futbol meydançası yerləşir və FIFA U-15 dünya çempionatı və festivalının oyunlarına ev sahibliyi edəcək. İnfantinoya tikinti işlərinin gedişi və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib. Qeyd edək ki, bu tədbir tarixdə ilk dəfə keçiriləcək.
İnfantino, həmçinin AFFA prezidenti Rövşən Nəcəf ilə görüşərək, Azərbaycan futbolunun inkişafı və gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin artırılması və futbola marağın yüksəldilməsi məsələləri nəzərdən keçirilib. İnfantino, AFFA-nın təşkil etdiyi “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsini də təbrik edib.
Bu səfər, Azərbaycan futbolunun beynəlxalq aləmdə tanınması və inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. FIFA-nın rəhbərliyinin ölkəmizə göstərdiyi diqqət və dəstək, futbolun inkişafına olan bağlılığını bir daha nümayiş etdirir.





Post Comment