Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi sentyabrın 29-da Amur vilayətində qəzaya uğrayıb. Hadisə Krasnoyarovo kəndi yaxınlığında baş verib. Təyyarənin göyərtəsində 7 nəfər olub; 6-sı ölüb, bir nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, qəzanın səbəbi təyyarədə yanacağın partlaması ola bilər. Təyyarə Rusiya Müdafiə Nazirliyinin “Ukrainka” aviabazasına məxsus olub. Hadisə yerində güclü yanğın baş verib. Araşdırma aparılır.





Post Comment