Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edərək Azərbaycan dilində danışıb. O, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib. Dövlət başçısı, həmçinin Azərbaycanda uzun illərdir fəaliyyət göstərən Avstriya şirkətlərinin sayının artmasının önəminə toxunub.

Görüşdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərin inkişafındakı rolu müzakirə edilib. Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb. Həmçinin, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib. Bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir