Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” komandaları arasında keçirilən qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matçda qonaq komandanın heyətində Qustavo Klisman 11-ci və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib. “Neftçi”nin üçüncü qoluna isə 52-ci dəqiqədə Draqolyub Saviç imza atıb. Ağdam təmsilçisi “Qarabağ”ın heyətində isə 18-ci dəqiqədə Aleksey Kaşuk, 89-cu dəqiqədə Renaldo Sefas və 90+3-cü dəqiqədə Kadi Borqes fərqləniblər.

Bu nəticə ilə hər iki komanda 17 xalla turnir cədvəlinin ikinci və üçüncü pillələrində qərarlaşıb. “Neftçi” ikinci, “Qarabağ” isə üçüncü sıradadır.

Günün əvvəlki matçında “Sabah” komandası səfərdə “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib.

Misli Premyer Liqasının VIII turu oktyabrın 18-də keçiriləcək iki görüşlə yekunlaşacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir