Bolqarıstanın “Trakiya” avtomagistralında sıx duman səbəbindən bir neçə zəncirvari yol qəzası baş verib. İlkin məlumatlara görə, 70-dən çox minik və yük avtomobili iştirak edib. Hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 48 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzaların səbəbi olaraq sıx duman və görmə məsafəsinin kəskin azalması göstərilir. Hadisə yerinə xilasetmə əməliyyatları davam edir.
Yambol vilayətinin qubernatoru Georgi Çalıkov hadisə nəticəsində azı 10 nəfərin həlak olduğunu bildirib. Xilasetmə əməliyyatları davam edir.
